Bakı Dövlət Universitetində dərslər sabahdan onlayn keçiriləcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb son günlər şəhərdəki tıxaclardır.
Dərslər həftəsonuna qədər onlayn rejimdə davam edəcək.
Artıq tələbələr bu barədə məlumatlandırılıb.
***
Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, “Formula-1” tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər distant (məsafədən) formada təşkil olunacaq.
Son xəbərlər
Son Xəbərlər