“Sabah”dan “Zirə”yə keçdi

sabahdan-zireye-kecdi
Oxunma sayı: 312

“Zirə” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Sabah”ın hücumçusu Anatoli Nuriyevi heyətinə qatıb.

Azərbaycan milli komandasının da şərəfini qoruyan vinger ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay” və “Kolos” klublarında forma geyinib. O, Azərbaycan Premyer Liqasında azarkeşlərə “Sumqayıt” və “Sabah” klublarındakı çıxışı ilə tanışdır.