Şabranda evakuatorla qatar toqquşdu - Sürücü ağır yaralandı - Foto

sabranda-evakuatorla-qatar-toqqusdu
Oxunma sayı: 1124

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisindəki keçiddə üzərində yük avtomobilini daşıyan evakuatorla qatar toqquşub.

Nəticədə evakuatorun sürücüsü 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov xəsarətlər alıb. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.