Sabunçuda şəhid övladları üçün bayram şənliyi təşkil olunub

sabuncuda-sehid-ovladlari-ucun-bayram-senliyi-teskil-olunub
Oxunma sayı: 928

30 may tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə rayonda fəaliyyət göstərən “Ayxan” ticarət və əyləncə mərkəzində Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları, Sabunçu rayon bələdiyyə sədrləri, şəhid ailələri və övladlarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçiriblər.

Tədbirin sonunda uşaqlara Sabunçu rayon bələdiyyələri tərəfindən hədiyyələr təqdim olunub.