Sadəcə 1 stəkan çay istədi...

sadece-1-stekan-cay-istedi
Oxunma sayı: 10577

Dünyaşöhrətli müğənni Sami Yusuf ötən gün 10 ildən sonra İstanbulda konsert verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, konsertdən əvvəl kulisdə maraqlı anlar yaşanıb.

Bildirilir ki, məşhurların səhnə arxasında saysız-hesabsız tələblərinə baxmayaraq, Sami Yusuf sadəcə 1 stəkan çay istəyib.

Onun bu istəyi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, müğənni konsertində təkcə Türkiyə türkcəsində deyil, həm də azərbaycanca və ingilis dilində də mahnılar səsləndirib.