Sahibkarlarla növbəti görüş Xaçmazda keçiriləcək

Sahibkarlarla növbəti görüş Xaçmazda keçiriləcək
Oxunma sayı: 826

“Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xaçmaz rayonunda görüşü təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, aksiya Heydər Əliyev küçəsi, Zəfər Parkında keçiriləcək.

“Səyyar qəbul otağı” fevralın 2-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.