“Sahil”də yanan ev taxtadan tikilir - - Foto

sahilde-yanan-ev-taxtadan-tikilir-
Oxunma sayı: 1268


Üzeyir Hacıbəyov küçəsi,56, mənzil 34-də yaşayan Babək Əliyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, iyulun 13-də baş verən yanğın 3-cü mərtəbədəki taxta evdə başlayıb.

Həmin vaxt hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov da yanğına taxta konstruksiyalı evin səbəb olduğunu açıqlamışdı.

Babək Əliyev bildirib ki, yanğın söndürülən zaman ikinci mərtəbədə yerləşən evləri su ilə dolub və ciddi ziyan dəyib: “Bizim evimiz hazırda da qəzalı vəziyyətdədir, amma o vaxtdan bəri heç kim kömək etmədi. Başqa qalacaq yerimiz də yoxdu. Həmin vaxt yanğın başlanan evin sahibi isə yenidən tikinti işi aparır. Bu dəfə də evi taxtadan tikir. Bu adam yenə də yanğın törətmək istəyir? Bu binada 20-ə yaxın ailə yaşayır. Taxtadan tikilən ev bu ailələri təhlükə altına qoyur. Keçən dəfə yanğın olanda yaşlı anam evdə tək qalmışdı, çıxa bilmirdi. İşdən gəlib onu evdən mən çıxartdım. Əgər yenə yanğın olarsa, insan təlafatı ola bilər”.

Murad Əhməd

“Qafqazinfo”