Şahramanyana kortejlə gəzmək qadağan olundu

sahramanyana-kortejle-gezmek-qadagan-olundu
Oxunma sayı: 4145

İrəvanda patrul polisi Qarabağdakı separatçı rejimin sonuncu “prezidenti” Samvel Şahramanyanı saxlayıb.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, polis patrulları kortej və mühafizəçilərin müşayiəti ilə hərəkətdə olan Şahramanyanın avtomobilini saxlayıb və ona kortejlə gəzmək hüququnun olmadığı barədə xəbərdarlıq olunub.

Ermənistan Daxili İşlər Nazirliyi də məlumatı təsdiqləyərək onun yol hərəkəti qaydalarını pozduğuna görə saxlanıldığını, lakin cərimə olunmadığını bildirib.