Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

sakiranin-konsertinden-evvel-bedbext-hadise
Oxunma sayı: 1027

Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın konsertindən əvvəl bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şakiranın mayın 2-si Rio-de-Janeyroda keçiriləcək konserti üçün səhnəni quraşdıran fəhlələrdən biri xəsarət alaraq həyatını itirib.

“Zərərçəkən qaldırıcı sistemdə sıxılma nəticəsində aşağı ətraflarından ağır xəsarətlər alaraq ölüb”, - məlumatda deyilir.