Şamaxıda mənzildə partlayış, ev sahibi yaralandı - Yenilənib - Video

samaxida-menzilde-partlayis-ev-sahibi-yaralandi
Oxunma sayı: 599

Şamaxıda evdə partlayış olub, xəsarət alan var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun İstiqlal küçəsi, ev 16 ünvanında baş verib.

Belə ki,1963-cü il təvəllüdlü Ömərov Rahim Paşa oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qazsızma nəticəsində partlayış olub. Hadisə nəticəsində ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Partlayış nəticəsində evdə yanğın qeydə alınıb.

***

Hadisə ilə bağlı FHN məlumat yayıb: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən fərdi yaşayış evinin ümumi sahəsi 30kv.m. olan bir  otağında pəncərələrin şüşəsi sınıb, otağın  lambirdən ibarət tavanı dağılıb, ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.

Mübariz Muradov