Şamaxı və Xızıda zəlzələ - 4 bala qədər hiss olundu

samaxi-ve-xizida-zelzele
Oxunma sayı: 1769

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 10:18-də baş verən zəlzələ 3.6 maqnitudalı olub.

Yeraltı təkanlar episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.