Tanış olun Galaxy S22 flaqman seriyası və Galaxy Tab S8 planşetləri artıq satışda.
Fevral ayında baş tutmuş Samsung-un Galaxy Unpacked 2022 təqdimatında, dünyaca məşhur istehsalçı Galaxy S22, S22+ və S22 Ultra kimi yeni smartfonlarını və Tab S8, S8+ və S8 Ultra planşetlərini təqdim edib. Təqdimat təkcə Nyu Yorkda yerləşən əsas 837x mağazasında deyil, həm də onun metaversedəki surətində də baş tutub.
İlk öncə qeyd etmək lazımdır ki, yeni məhsulların korpus materialı məni çox təəccüblədirdi. Smartfonların ön və arxa hissələri toxunuşa xoş gələn gücləndirilmiş mat şüşə ilə örtülüb. Bu səbəbdən də modellərin rəngləri həqiqətən heyrətamizdir, belə ki, ancaq süsə səthlərdə rəngin "dənəli" quruluşu və zəngin rəng çalarlarını daha dəqiq şəkildə çatdırmaq mümkündür. Burada digər sürpriz isə ilk dəfə Galaxy Z Fold3 və Flip3 qatlana bilən smartfonlarında təqdim edilən gücləndirilmiş alüminiumdan hazırlanmış çərçivədir. S22+ və S22 flaqmanları diaqonal və akkumulyator ölçüsü, ekran parlaqlığı (S22+ üçün 1750 nit, S22 üçün isə - 1300 nit), daxili yaddaş ( müvafiq olaraq 256QB və 128 QB) və sürətli yükləmə dəstəyi ( müvafiq olaraq 45 və 25 vatt) ilə fərqlənir. Burada qeyd etmək lazımdır ki, həm Galaxy S22 Ultra, həm də S22 + avtomatik rejimdə günəş işığında maksimal 1750 nit parlaqlığına malikdir və bu, nə az nə çox yeni rekord deməkdir. S22+ və S22-in digər göstəriciləri demək olar ki, eynidir, onlar hətta eyni Exynos 2200 prosessoru ilə işləyir. Smartfonlarda həm də IP68 standartların uyğun sukeçirməməzlik təqdim edilib, belə ki, cihaz suyun 1.5 dərinliyində 30 dəqiqəyə qədər saxlana bilər. Modellər həmçinin Dynamic AMOLED 2X displeyi ilə təchiz olunublar ki, indi onların işləmə tezliyini saat 24 hersdən 120 hers-ə qədər dəyişə bilərsiniz (yüksək tezlikdə şəkil daha axarı olacaq).

Təqdimatda yeni məhsulların kameralarına da çox diqqət yetirilmişdir. Birincisi, 12 meqapiksellik ultra geniş bucaq, ikincisi 50 MP -lik geniş bucaq, üçüncüsü isə üçqat zoom-la10 meqapiksellik telefoto obyektiv olmaqla, cihazlar dörd kameralı modul ilə təchiz edilmişdir. Həmçinin burada 10 meqapiksellik ön kamera da təmsil olunmuşdur. Bundan əlavə, kameralarda hamar fokus hərəkəti rejimi vardır ki, bu rejim öz növbəsində "film effekti" əldə etməyə kömək edir. Galaxy S22 və S22+ modelləri üçün əsas dəyişiklik zoom göstəricisinin 3x hibrid əvəzinə 3x optikə dəyişməsi olmuşdur. Burada həmçinin onu da qeyd etmək lazımdır ki, smartfonlar süni intellektlə təchiz olunmuşdur, əla gecə çəkilişlərini dəstəkləyir və Samsung üslubuna uyğun yüksək detallı və təzadlı fotolar təqdim edir.


Son xəbərlər
Son Xəbərlər