Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib

samuxda-agir-qeza
Oxunma sayı: 1692

Samuxda ağır yol qəzası baş veribə

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Hadisə zamanı 1975-ci il təvəllüdlü Samir Əhmədov, 1987-ci il təvəllüdlü Fəridə Əhmədova və 1962-ci il təvəllüdlü Aqilə Alıyeva həyatını itirib. 17 yaşlı Əhməd Əhmədov isə xəsarət alıb.

Yunis Quliyev