Samuxda Soyqırımı Günü qeyd edilib - Fotolar

samuxda-soyqirimi-gunu-qeyd-edilib
Oxunma sayı: 1904

Samux rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə  Samux RİH-nin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Samux şəhərindəki Samux Şəhidlər Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.