“Səbail” Korotetskini göndərdi

sebail-korotetskini-gonderdi
Oxunma sayı: 643

“Səbail” klubu futbolçusu İqor Korotetski ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, klub ukraynalı müdafiəçi ilə müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.

“Səbail” Korotetskiyə gələcək karyerasında uğurlar arzulayıb.