Səfirin öldürüldüyü gecə daha bir şok - Rus diplomat evində ölü tapıldı

sefirin-oldurulduyu-gece-daha-bir-sok
Oxunma sayı: 9715

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı evində ölü tapılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Hadisə dünən paytaxt Moskvada, səfirin öldürüldüyü gecə baş verib. Öldürülən şəxs Rusiya XİN –in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovdur. O, yaşadığı evdə başından vurulub. Cinayətdə istifadə edilən silah isə mətbəxdə əl-üz yuyanın arxasından tapılıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

O da iddia edilir ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub.

Aysel Kərimova