Səfirin qatili ilə bağlı yeni detal - Sui-qəsddən öncə işdən icazə alıb...

sefirin-qatili-ile-bagli-yeni-detal
Oxunma sayı: 7186

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra Ankara Cumhuriyyət Baş Prokurorluğunda aparılan istintaq tədbirləri çərçivəsində yeni bilgi əldə olunub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, səfiri öldürən Mevlüt Mert Altıntaşın əlaqələrini araşdıran polis onun sui-qəsddən öncə işdən icazə alaraq İstanbulda yaşayan, radikal düşüncəli bir nəfərlə üz-üzə görüşdüyünü müəyyənləşdirib.

Adı gizli saxlanılan və istintaq üçün önəmli ola biləcəyi düşünülən həmin şübhəli şəxs saxlanılaraq Ankaraya gətirilib.

Qeyd edək ki, istintaq tədbirləri çərçivəsində Altıntaşla əlaqəsi olan 5 polis saxlanılıb.

Xatırladaq ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.