Səfirliyə hücumun anbaan - Görüntüləri

sefirliye-hucumun-anbaan
Oxunma sayı: 21256

Azərbaycanın Tehrandakı səfirliyinə hücumun görüntüləri yayılıb. 

Hadisəni əks etdirən videodan görünür ki, səfirliyin üç əməkdaşı hücumun qarşısını almağa çalışır. Qapını açıb içəri əlində “Kalaşnikov”la girən, ilkin məlumata görə, adı Yasin Hüseynzadə olan İran vətəndaşı isə qarşısına keçən şəxslərə atəş açır.

Birini öldürüb digərini yaralayan şəxs daha sonra onu arxadan tutmağa çalışan mühafizə əməkdaşına güllə atır. Həmin əməkdaş isə sona qədər mübarizə aparır.

“Qafqazinfo” həmin görüntüləri təqdim edir: 

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.