Qazaxda 1 yaşlı uşaq qəfil vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.
Belə ki, I Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun 1 yaş 2 aylıq nəvəsi Müjgan Ülvi qızı Məmmədli hərarətinin yüksəlməsi səbəbindən həyatını itirib.
Bildirilib ki, ailə üzvləri təcili tibbi yardıma müraciət edib. Lakin briqada çatana kimi uşaq vəfat edib.
Son xəbərlər
Son Xəbərlər