Şəkidə maşın ağaca çırpıldı - 2 nəfər öldü-Yenilənib

sekide-masin-agaca-cirpildi
Oxunma sayı: 7177

Bu gün Şəkidə hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

“Qafqazinfo”nun məlumatına görə, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə baş verən ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan 4 yaşlı qız da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

***

Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

1978-ci il təvəllüdlü Balakən rayon sakini  Nazim Umarovun idarə etdiyi “Reno Loga” markalı 99 VG 782 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki giriş avtomobil yolunda hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Sürücü N. Unarov və daha iki sərnişin qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası  1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər və yaralılar əraziyə cəlb eilmiş  Fövqaladə Hallar Nazirliyinin  Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə  təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov