İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regional gərginliyi daha da artıracaq bəyanatla çıxış edərək, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) strateji obyektləri hədəf seçdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, SEPAH-ın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı ABŞ-nin BƏƏ-dəki hərbi mövcudluğu səbəbindən bu ölkənin liman və bunkerlərini “qanuni hədəf” elan edib.
Qərargahın sözçüsü İbrahim Zülfüqari bildirib ki, Amerika qüvvələri tərəfindən istifadə edilən raket buraxılış məntəqələri və dəniz limanları İranın müdafiə hüququ çərçivəsində vurula bilər:
“Birləşmiş Ərəb Əmirliklərinin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları, dəniz kənarlarını və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri dərhal tərk etməyə çağırırıq”.
Xatırladaq ki, 14 mart 2026-cı il tarixinə olan son məlumatlara görə, İran artıq BƏƏ-nin müxtəlif hərbi və iqtisadi mərkəzlərinə, o cümlədən “Əl-Dhafra” aviabazasına və bəzi liman infrastrukturlarına raket və dron zərbələri endirib.
Son xəbərlər
Son Xəbərlər