Şəkidə tövlə içindəki mal-qara ilə birgə yandı

sekide-tovle-icindeki-mal-qara-ile-birge-yandi
Oxunma sayı: 1804

Şəkidə tövlə içindəki mal-qara ilə birgə yanıb.

"Qafqazinfo"nun məlumatına görə, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qırxbulaq kəndində qeydə alınıb.

Yanğın kənd sakini Fəxrəddin Hacıbabayevə məxsus tövlədə ot bağlamalarından başlayıb. Dərhal hadisə yerinə Şəki rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqda yerləşən digər tikiliyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində tövlədə olan 3 baş iribuynuzlu mal-qara tələf olub. Həmçinin 300-dən çox ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov