Şəmkirdə yaşayan erməni qadın danışdı

semkirde-yasayan-ermeni-qadin-danisdi
Oxunma sayı: 8782

Azərbaycanda yaşayan on minlərlə ermənidən biri, Şəmkir rayon sakini Ofeliya Qriqoryan Türkiyə mətbuatına danışıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, O.Qriqoryan “Haber Global” televiziyasına müsahibəsində bildirib ki, 1973-cü ildə Azərbaycanda anadan olub:

“Anam azərbaycanlı, atam isə İslamı qəbul edən erməni idi. Həyat yoldaşım 2004-cü ildə vəfat edib, iki övladım var. Bu günə kimi heç kim erməni olduğuma görə mənə qarşı aqressiv olmayıb.

Azərbaycanlılarla necə, mənimlə də elə davranırlar. Biz burada bir ailə kimiyik, hamımız birik. Dua edirəm ki, Allah əsgərlərimizi qorusun, inşallah, tezlikdə torpaqlarımız geri qayıdar. Azərbaycan bütün torpaqlarını geri alsın, başqa bir şey istəmirəm. Müharibə bitsin, uşaqlarımız yaxşı yaşasın”.

O.Qriqoryan deyib ki, oğlu iki il öncə hərbi xidməti başa vurub: “Yenə çağırılarsa, cəbhəyə könüllü gedər. Mən də razıyam ki, oğlum döyüşə getsin. Mən onunla fəxr edirəm. Ermənilərə də səslənirəm ki, gedib öz torpaqlarında yaşasınlar, Qarabağ Azərbaycanın torpaqlarıdır”.