“Sənə dimdiyimdə gül gətirmişəm” – Günün şeiri

sene-dimdiyimde-gul-getirmisem-gunun-seiri-
Oxunma sayı: 3506




Bağla qapısını ta köhnə ilin,
Mən Sənə bir təzə il gətirmişəm.
Dilsiz danışırdı Sənin gözlərin,
Xumar gözlərinə dil gətirmişəm.

Qoy Eşqə əyilsin şahlıq tacları,
Onların Eşqədir ehtiyacları...
"Dilqəmi" çalmasın tut ağacları,
Onlara "Ruhani" tel gətirmişəm.

Dolanır başına arı dağların,
Çiçəklər olacaq barı dağların.
Əriyib gedəcək qarı dağların,
Nəfəsimdə isti yel gətirmişəm.

Mən səni görəndən, sənəm, böyləyəm,
Üzüm sənə dönür, vallah, neyləyəm.
Ölkələr adlayıb gələn leyləyəm,
Sənə dimdiyimdə gül gətirmişəm.