“Qafqazinfo” xəbər verir ki, portalda turizm xəbərləri, Azərbaycan və xarici ölkələrdə baş verən turizm yenilikləri, ölkə daxilində və xaricdə istirahət imkanları barədə geniş məlumatlar əksini tapacaq. Amma seyyah.az-ın əsas özəlliyi öz istifadəçilərinə tamamilə yeni və faydalı xidmətlər təqdim etməsidir. İlk dəfə səyyah.az portalında səyahət turlarının qiymətinə və istiqamətinə görə axtarışı sistemi qurulub. Portalın istifadəçiləri bu sistemdən istifadə etməklə, onlar üçün sərfəli qiymətə xarici və daxili turları seçib sifariş verə bilərlər. Başqa sözlə, portal istifadəçiləri müxtəlif səyahət təkliflərini elə dərhal müqayisə edib sərfəli variantı seçə biləcəklər.
Seyyah.az-ın təqdim etdiyi digər xidmət ölkə daxilində sərfəli qiymətə istirahət və səyahət etmək istəyənlər üçün nəzərdə tutulub. Belə ki, portalın istifadəçiləri otellərin və istirahət mərkəzlərinin axtarış sistemindən istifadə etməklə onları maraqlandıran bölgələrdə, istədikləri qiymətə otel və istirahət mərkəzləri tapa biləcəklər. Bunun üçün istifadəçi onu maraqlandıran bölgənin adını və məbləği daxil etməsi kifayətdir.
Nəhayət, ilk dəfə olaraq seyyah.az-da "kənd yaşıl turizmi" səhifəsi nəzərdə tutulub. Azərbaycanın bölgələrində istirahət etmək istəyənlər ölkə ərazisində turistləri qəbul edən kənd evləri, onların təqdim etdiyi xidmətlər və qiymətlərlə tanış ola biləcəklər. Bütün bunlarla yanaşı, səyyah.az-ın istifadəçiləri Azərbaycanın füsunkar təbiəti, burada səyahət istirahət imkanları, xarici ölkələr və maraqlı səyahətlər barədə məlumat və fotosessiyalarla tanış ola biləcəklər. Portalda məşhurların istirahət əhvalatları və planları, ekspertlərin maraqlı təklifləri, səyahətə gedənlər üçün faydalı məsləhətlər və digər məlumatlar yer alıb.
Son xəbərlər
Son Xəbərlər