Amerikalı iş adamı İlon Mask tarixdə 700 milyard dollardan artıq sərvətə çatan ilk şəxs kimi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Bildirilib ki, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusunun sərvətindəki artım Delaver Ali Məhkəməsinin son qərarı ilə əlaqəlidir.
Qeyd edək ki, aşağı instansiya məhkəməsi Maskın “Tesla”dan almalı olduğu 139 milyard dollarlıq mükafatı qanunsuz hesab etmişdi. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edərək mükafatın qüvvədə qalmasına qərar verib.
Xatırladaq ki, ilkin olaraq 600 milyard dollarlıq sərvətə çatan ilk şəxs olduqdan cəmi dörd gün sonra İlon Mask 700 milyard dolları aşan sərvətə malik ilk insan olub.
Son xəbərlər
Son Xəbərlər