Səs yazısı yayılan prezidentin impiçmenti baş tutmadı

ses-yazisi-yayilan-prezidentin-impicmenti-bas-tutmadi
Oxunma sayı: 994

Peru Konqresi (birpalatalı parlament) əleyhinə impiçment prosesi başladılan ölkə prezidenti Martin Viskarranı istefaya göndərməkdən imtina edib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Müvafiq qərar cümə günü keçirilən iclasda qəbul edilib.

Dövlət başçısının vəzifədən kənaşdırılması üçün 43-dən çox deputat səs verib. Milli qanunveriliciyə əsasən isə impiçmentin təşəbbüskarlarına 130 yerli parlamentin 87 üzvü dəstək verməli idi.

Xatırladaq ki, impiçmentin başladılmasına səbəb Martin Viskarranın dövlət rəsmiləri ilə söhbətlərinin səs yazılarının ictimailəşməsi olub. Səs materialları Prezidentin qanunsuz müqavilələrin bağlanmasında iştirak etdiyini, iş üzrə istintaq zamanı müşavirlərini yalan ifadə verməyə məcbur etdiyini göstərir. Peru Prezidentinin dediyinə görə, səs yazıları orijinaldır, lakin montaj olunaraq dəyişdirilib.