Səudiyyə Ərəbistanında qalacağını açıqladı - “Burada xoşbəxtəm” - Video

seudiyye-erebistaninda-qalacagini-aciqladi
Oxunma sayı: 910

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Futbol Çempionatının 23-cü turunda “Əl-Həzm”ə qarşı keçirilən oyunda iki qol vurub. Qarşılaşma “Əl-Nəsr”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, matçdan sonra Ronaldo gələcək planları ilə bağlı açıqlama verib.

Təcrübəli futbolçu Səudiyyə Ərəbistanında çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.

“Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada davam etmək istəyirəm. Bu, məni, eləcə də, ailəmi və dostlarımı qarşılayan bir ölkədir. Burada xoşbəxtəm və burada davam etmək istəyirəm”, – deyə o vurğulayıb.

Portuqaliyalı ulduzun açıqlamasını tanınmış idman jurnalisti Fabrizio Romano “X” sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kriştiano Ronaldoya videomüraciət ünvanlayıb.

Prezident futbolçunu mümkün qədər tez ABŞ-yə gəlməyə çağırıb:

“Sən bizə ABŞ-də lazımsan. Sən bütün zamanların ən böyük oyunçususan”.

Sözügedən müraciət Ronaldonun karyerasını ABŞ-nin MLS liqasında davam etdirə biləcəyi ilə bağlı yayılan şayiələri daha da gücləndirib.