Seyfəddin Qurbanov COVID-19-dan vəfat etdi

seyfeddin-qurbanov-covid-19-dan-vefat-etdi
Oxunma sayı: 4637

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, tanınmış sənətkar bir müddətdir bu xəstəlikdən Türkiyənin Alanya şəhərində müalicə alırdı.

Qeyd edək ki, S. Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan MR-in Siyaqut kəndində anadan olub. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir. 2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!