Sidqi Mustafayev, xanımı və qızı koronavirusdan vəfat edib

sidqi-mustafayev-xanimi-ve-qizi-koronavirusdan-vefat-edib
Oxunma sayı: 4569

Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım açıqlamasında bildirib ki, atası 10 gün xəstəxanada müalicə alıb:  “Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.