Silahı əlindən belə aldı - Video

silahi-elinden-bele-aldi
Oxunma sayı: 6344

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində baş verən atışmada silahsız şəxsin hücumçulardan birini zərərsizləşdirməsi anı sosial şəbəkələrdə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, yayılan kadrlarda yoldan keçən şəxsin arxadan silahlı adama yaxınlaşdığı və silahı ondan aldığı əks olunub.

Qeyd edək ki, yerli polis atəş açan hər iki şəxsin saxlanıldığını bildirib.

Xatırladaq ki, hadisə nəticəsində aralarında uşaqların da olduğu 12 nəfər həlak olub.