Silahlı Qüvvələrin Yardım Fondu 45 milyonu keçdi

silahli-quvvelerin-yardim-fondu-45-milyonu-kecdi
Oxunma sayı: 713

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin hazırki vəziyyəti 45.551.606 ABŞ dolları (35.744.346 AZN) təşkil edir.

Bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.