Daha bir bankda “SİMA İmza” ilə depozit yerləşdirilməsi rəqəmsallaşdı

daha-bir-bankda-sima-imza-ile-depozit-yerlesdirilmesi-reqemsallasdi
Oxunma sayı: 250

SİMA yeni nəsil rəqəmsal imza “Expressbank” ilə tərəfdaşlığa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, artıq “Expressbank”da əmanətlərin yerləşdirilməsi prosesi “SİMA İmza” ilə rəqəmsallaşdırılıb. Bunun üçün müştərilər banka gəlmədən, “Express24” mobil tətbiqində hesab yaradıb, daha sonra müqavilələri “SİMA İmza” ilə məsafədən imzalayaraq əmanətlərini yerləşdirə bilərlər. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələb edilmir.

Hazırda “Expressbank”da “SİMA İmza” ilə digər bank əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində də işlər aparılır.

Qeyd edək ki, SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün həmişəlik, sahibkarlar üçün isə ilk 6 ay müddətində ödənişsiz təqdim edilir.

Rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.