Dəm qazı daha bir can aldı - 4 nəfər xəstəxanalıq oldu - Yenilənib

dem-qazi-daha-bir-can-aldi
Oxunma sayı: 1144

Yevlaxda dəm qazı zəhərlənməsindən bir nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü İsmayılov Məhəmməd zəhərlənmədən vəfat edib, dörd nəfər isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 06:10 radələrində 4 nəfər şəxs (3 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.

Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir”.

Ziya Əmirxanlı