19 yaşlı motosikletçinin öldüyü qəzanın - Videosu-Yenilənib

19-yasli-motosikletcinin-olduyu-qezanin
Oxunma sayı: 1201

Ötən gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində sonuncu vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

***

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb.

Bildirilib ki, 19 yaşlı gənc yol hərəkəti qaydalarına riayət olunmaması nəticəsində həyatını itirib.

Həmin qəzanın baş verdiyi anın görüntülərini təqdim edirik: