Arifə bir işarə... - Video

arife-bir-isare
Oxunma sayı: 2205

Məlum olduğu kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi “Ayntraxt” üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın taleyi son saniyələrdə həll olunub.

Oyunun 90+2-ci dəqiqəsində baş məşqçi Qurban Qurbanovun texniki zonadan verdiyi taktiki göstəriş matçın nəticəsində həlledici rol oynayıb.

Təcrübəli mütəxəssis həmin epizodda Pedro Bikalyoya “geri qayıt” işarəsi verərək oyunçunun mövqeyini tənzimləyib. Kornerdən gələn top məhz Bikalyonun qarşısına düşüb və hücumun davamında Bəhlul Mustafazadə qələbə qolunu rəqib qapısından keçirib.

Maraqlıdır ki, matçın gedişində “Ayntraxt”ın xeyrinə verilən penaltiyə səbəb olan Bəhlul son dəqiqədə vurduğu bu qolla həm komandasına 3 xal qazandırıb, həm də öz səhvini kompensasiya etmiş olub.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qarabağ” turnir cədvəlində mühüm sıçrayış edərək pley-off mərhələsinə yüksəlmək şanslarını rəsmiləşdirib. Almaniya təmsilçisi isə Bakıdan məğlubiyyətlə ayrılaraq vəziyyətini çətinləşdirib.