Şimali Kiprin yeni prezidenti o oldu

simali-kiprin-yeni-prezidenti-o-oldu
Oxunma sayı: 3925

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

O bildirib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib.