SİMURQ Liseyi yeni “Yasamal” və “Gənclik” korpusları ilə şagird qəbulunu açıq elan edir!

simurq-liseyi-yeni-yasamal-ve-genclik-korpuslari-ile-sagird-qebulunu-aciq-elan-edir
Oxunma sayı: 391

Kembric kurikulumu ilə hər kəsə əlçatan özəl təhsil imkanı yaradan SİMURQ Liseyinə qəbul başlandı!

Şagirdyönümlü və sevgi əsaslı təhsili daha əlçatan etmək üçün 2026/2027 tədris ilindən etibarən SİMURQ Liseyi təhsil əhatəsini genişləndirərək daha çox şagird üçün yeni imkanlar təqdim edir. Artıq yeni “Yasamal” və “Gənclik” korpusları sentyabrdan fəaliyyətə başlayacaq.

Yeni tədris ili üzrə müraciət prosesi məktəbəqədər təhsil qrupları, Azərbaycan və rus bölmələrində 1–9 siniflər, ingilis bölməsində isə 1–5 siniflər üçün həyata keçirilir.

SİMURQ Liseyində akademik proqram Kembric Beynəlxalq Kurikulumunun standartlarına uyğun təşkil olunur, dərs prosesi isə SEL metodikası ilə daha da zənginləşdirilir. İngilis bölməsində tədris beynəlxalq kurikuluma əsaslanır, Azərbaycan və rus bölmələrində isə yerli kurikulum beynəlxalq kurikulumla birgə tətbiq olunur. Azərbaycan və rus bölmələrində İngilis dili, Təbiət elmləri və Riyaziyyat fənləri ingilis dilində tədris edilir.

Burada şagirdlərin təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir. Belə ki, bütün korpuslarda 24/7 təhlükəsizlik nəzarəti, videomüşahidə sistemi və giriş-çıxışa nəzarət mexanizmi tətbiq olunur.

Niyə SİMURQ Liseyi?

• Bütün bölmələrdə ingilis dilində Riyaziyyat və Science dərsləri;

• Kembric kurikulumu ilə təhsil;

• SEL metodikası ilə tədris;

• Uzadılmış Gün Proqramı;

• İki növbəli təhsil sistemi;

• Aylıq ödəniş imkanı ilə özəl təhsil;

• Müxtəlif ünvanlarda korpus;

• Dərsdənkənar fəaliyyətlər (şahmat, güləş, rəqs və s.).

2 yeni korpus da daxil olmaqla SİMURQ Liseyinin bütün korpuslarını və ünvanlarını təqdim edirik:

1. “Yasamal” korpusu

“Park Yasamal” Yaşayış Kompleksi

2. “Gənclik” korpusu

Aşıq Molla Cümə 46E (DİN Hospitalının arxası)

3. “Xalqlar” korpusu

Bakı şəh., Nizami ray., Elşən Süleymanov küç., 258 (Baku Medical Plazanın yanı)

4. “Zabrat” korpusu

Zabrat-Pirşağı yolu, “Xəzər Bağları” Yaşayış Kompleksi

5. “Xırdalan” korpusu

Xırdalan şəhəri, “Absheron City” Yaşayış Kompleksi

SİMURQ Uşaq Bağçasının korpusları:

1. “Masazır” korpusu

Masazır qəsəbəsi, “Yeni Bakı” Yaşayış Kompleksi

2. “20 Yanvar” korpusu

Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllə, Moskva pr. 56D (12 saylı Uşaq Poliklinikasının yanı)

2026/2027 tədris ili üzrə müraciət prosesi artıq başlayıb. Qeydiyyat üçün “simurqliseyi.az” saytında onlayn formu doldura və ya +994 12 491 30 30 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.