Sinan Oğan Bakıya gəldi - Video

sinan-ogan-bakiya-geldi
Oxunma sayı: 8768

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə liderini Bakı səfərində müşayiət edənlər arasında “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan da var.

 Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.