“Fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etməsi və ABŞ Prezidenti tərəfindən ölkəmizlə bağlı deyilən xoş sözlər Azərbaycanın regional gücünü və geo-siyasi mövqeyinin daha gücləndiyini bir daha təsdiq edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Millət vəkili qeyd edib ki, Sülh Şurası özündə eyni zamanda dünyanın aparıcı iqtisadi gücünü birləşdirir: “Bu, sadəcə həmin şurada ABŞ-nin təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti indeksi nəzərə alınmaqla, Sülh Şurasına üzv olan dövlətlərin birgə ÜDM-lərinin həcmi 54.4 trilyon dollardır. Bu, dünya iqtisadiyyatının üçdə biri deməkdir. Deməli, söhbət 50 trilyon dollardan artıq iqtisadiyyatı olan dövlətlərin iclasından gedir.
Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir. Qafqazda sülhə töhvə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də inkişaf edir. Münhen konfransından sonra Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdədir. Azərbaycan Prezidentinin səfəri Azərbaycanla Serbiya eləcə də, Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi-enerji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq. Daha sonra Sülh Şurasında təmsilçilik və Vaşinqtonda keçirilən ilk iclasda iştirak Azərbaycanın qlobal sülhün qorunmasında töhfə verən dövlətlərdən olmasından xəbər verir”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər