“Son 22 ildə Azərbaycan iqtisadiyyatındakı artım qlobal orta artım faizlərini üstələyib”

son-22-ilde-azerbaycan-iqtisadiyyatindaki-artim-qlobal-orta-artim-faizlerini-usteleyib
Oxunma sayı: 212

“Dövlət başçısı İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Bu müddətdə qlobal ümumi daxili məhsul 39.3 trilyon dollardan 113.8 trilyon dollaradək artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Yəni dünya iqtisadiyyatında 2.9 dəfə artım qeydə alınıb. Bu isə o deməkdir ki, həmin müddətdə Azərbaycan iqtisadiyyatında artım faizi qlobal inkişaf dinamikasını ən azı 100 faiz bənd üstələyib.

Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi isə sözügedən arada 9.14 trilyon dollardan 33.0 trilyon dollaradək yüksəlib. Yəni həmin müddətdən qlobal ticarət 3.6 dəfə artıb. Deməli, Azərbaycan ticarət dövriyyəsi son 22 ildə qlobal ticarət ilə müqayisədə 3 dəfə bənd daha çox artıb.

Fiskal gəlirlərimiz və eləcə də qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbər verir ki, son 22 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib”, - deputat qeyd edib. 

Nuranə Daxilqızı