SOS

sos
Oxunma sayı: 2193

Hər il yayda eyni problemlə üz-üzəyəm: harda, necə istirahət edim? Hələ hansı pulla demirəm. Məzuniyyətim qarışıq az qala oktyabra qədər yaşamaq üçün 500 AZN almışam. 35 ildir ki, müəlliməyəm, ”Qabaqcıl Təhsil işçisi”yəm. Yaradıcıyam,AYB-nin üzvüyəm. Və ən əsası 40 ildir məndən ayrılmayan AZƏRBAYCAN RESPUBLİKASI HƏMKARLAR İTTİFAQININ üzvüyəm, onu çiyinlərimdə daşıyıram. Özü də tək mən yox, bütün müəllim ordusu. Amma niyəsini hələ bilmirik. 40 ildə xəstəlik kağızı alıb -almamağım heç dəqiq yadımda da deyil. O da olsa-olsa, necə deyim , sovet dönəmində olub. Ümumiyyətlə, elə əsl sovet müəllimi kimi işləyirəm. Ölsəm də dərsə gedirəm. Bəs həmkarlar mənim üçün nə edir? HEÇ NƏ! Ümid edirəm ki, 3-4 ildən bir “putyovka” alaram, o da ki... Nəsə, 3 il 30 il olur... Sovet dönəmində müəllimlərə yaxşı putyovkalar verirdilər. “Axı gələcək bizim əlimizdədir.” Amma indi?. . gəl putyovka tap, ya da Hİ-dan bir adam tap ki, heç olmasa nə istədiyinə, yalandan da olsa qulaq assın. ORTA MƏKTƏB MÜƏLLİMİ KİMDİR Kİ?? Bir neçə il əvvəl birtəhər Yasamal rayon həmkarlarının sədrini tapdım. Haranı dedimsə, dedi-“bizə vermirlər. Nabrana “ Dostluğa”, bəlkə “Xəzər “ ə tapa bildim, hələ məni lap çoxdan tanıyır. Nəsə...Bir valideynim var, Bakı Turizm mərkəzində işləyir, ona zəng vurdum, soruşdum.Ay allah, kişi o qədər həyacanlandı ki: Ay Kamalə xanım, Dostluq nədir? Siz ən gözəl yerdə dincəlməlisiniz. Dedim: Axı, gözəl yerlər özəl yerlərdi, müəllimlər üçün deyil. Düzdür, bir azca da etirafımdan sıxıldım, nə edim , müəlliməm də. Sağ olsun, yenə bir az münasib qiymətə Nabranda “ORMAN” deyilən bir məkana göndərdi məni. Özü də yanımdaca zəng edib “Ora çox dəyərli, hamımızın fəxri,... bir xanım göndərirəm,...” dedi.

Getdik. Çox bəyəndim. Çox da hörmət elədilər. Maddi gücümüzə görə qaldıq. Sözüm onda ki DOSTLUQ deyilən və müəllimlər üçün nəzərdə tutulan istirahət kompleksi ora yaxın idi, getdim baxdım. KAŞ HEÇ GETMƏYƏYDİM! Köhnə tramvay vaqonlarına oxşayan ,çirkli nələrsə.. Hardasa ortada bir dənə ümumi ..., böyründə də bir dənə “duşavoy”...Özümə də, Peşəmə də, istirahətə də,...,lap elə Hİ-na da nifrət elədim.

Amma müəllimlər dincəlirdi orda...

Soruşdum: ”burda necə qalırsız? ”Dedilər: - gücümüz çatan budu . Bunu verirlər də nə edək? “Ürəyim ağrıdı. İstirahətim də heç oldu.

“Qayıdan kimi hər yerə yazacağam! Lap prezidentə də” -öz-özümə söz verdim.
Amma heç yerə heç nə yazmadım. Elə öz-özümə, yaxın –uzaq ətrafıma dedim, deyindim..., əsəbimdən ağladım , amma yazmadım, heç kimə yazmadım. Niyə??? Bilmirəm.
Bəlkə bütün müəllimlərə acığım tutdu hər şeyə susduqlarına görə? Fikirləşdim: BİZƏ ƏCƏB OLUR.

AZƏRBAYCAN RESPUBLİKASI HƏMKARLAR İTTİFAQININ SƏDRİ
SƏTTAR MEHBALIYEVA




Xahiş edirəm heç olmasa bu yay gözəl istirahət etmək, müalicə olunmaq (o qədər xəstəliyim var ki) üçün mənə kömək edəsiniz. Bir yaradıcı insana, vətəni üçün zəhmətlə çalışan, pedaqoji yaşı 200 ildən artq olan –atam-anam qarışıq az qala bütün nəslim müəllim olub- bir ailənin davamçısına, 40 il Hİ-na xidmət edən bir vətəndaşa-bir ziyalıya
Öz məsləhətinizlə ŞAHANƏ , özü də pulsuz putyovka verəsiniz.
Təşəkkür edirəm.
P.S.Nə olsun ki, müəlliməm.Ancaq elə müəlliməm ki,məzunlarımın ürəyində uzun bir ömür yaşayacağıma 200% əminəm.Şairəm.Heç olmasa 3-5 şerimə, məncə təkcə “Məktəb illəri “ mahnısının sözlərinə görə
insanların ürəyində, yaddaşında daha uzun müddət qalacağam. Siz mənə putyovka verməsəniz də..

İmza: Kamalə Abiyeva.