Sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaradıldı

sosial-iqtisadi-inkisaf-strategiyasinin-hazirlanmasi-ucun-isci-qruplar-yaradildi
Oxunma sayı: 1681

Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.

Nazirlər Kabinetindən  “Qafqazinfo”ya verilən məlumata görə, sənədə əsasən, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.