Sotomayor zədələnib mübarizəni dayandırdı

sotomayor-zedelenib-mubarizeni-dayandirdi
Oxunma sayı: 1968

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 69 kq-da çıxış edən Lorenzo Sotomayor 1/16 finalda gürcüstanlı Əsgərxan Mədiyevlə qarşılaşıb.

Qaşından zədələnən Sotomayor görüşü başa vura bilməyib və yekunda texniki məğlubiyyət alaraq, mübarizənin dayandırıb.