Soyuqdan dəniz də dondu - Fotolar - Video

soyuqdan-deniz-de-dondu
Oxunma sayı: 484

Polşanın şimalında havaların kəskin şəkildə soyuması nəticəsində nadir hallarda rast gəlinən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin sahil bölgələrində insanlar donmuş Baltik dənizi üzərində gəzməyə çıxıblar.

Belə ki, Baltik dənizinin Qdansk körfəzində yerləşən Mikoszevo sahilləri yaxınlığında dəniz son günlərdə davam edən sıfırdan aşağı temperatur şəraitində tədricən donmağa başlayıb.

Kəskin şaxtalar səbəbindən sahilyanı ərazilərdə dəniz səthi buzla örtülüb və bu mənzərə yerli sakinlərin və turistlərin marağına səbəb olub.

Bununla belə, xəbərdarlıq edilib ki, Baltik dənizinin donması nadir hadisə olsa da, buz qatının təhlükəsizliyi hər yerdə eyni deyil və dəniz üzərində hərəkət riskli ola bilər.