“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxardı

spacex-yeni-internet-peykler-qrupunu-orbite-cixardi
Oxunma sayı: 1113

“Falcon 9” raket daşıyıcısı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət internet-peyklər qrupunu uğurla orbitə çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“Starlink 22” peykinin orbitə çıxarılması təsdiqlənib. Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasından dünən yerli vaxtla saat 09:20-də (Bakı vaxtı ilə saat 17:20-də) həyata keçirilib. Təxminən bir saat sonra daşıyıcının ikinci hissəsindən ayrılan peyklər orbitə çıxıb”, - məlumatda deyilir.