ABŞ Sikkəxanası “Apple” şirkətinin həmtəsisçisi və keçmiş baş direktoru Stiv Cobsun təsviri olan 1 dollarlıq xatirə sikkəsini təqdim edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ön tərəfdə şəklin ətrafında “Amerika Birləşmiş Ştatları”, “Kaliforniya”, “Stiv Cobs” və “Möhtəşəm bir şey yaradın” yazıları olacaq.
Qeyd olunur ki, fevral ayında Kaliforniya qubernatoru Gavin Nevsom Stiv Cobsun sikkə üzərində xatırlanmasını təklif edib. Qubernator qeyd edib ki, Stiv Cobs Kaliforniyanın əsasını qoyan unikal innovasiya brendini təcəssüm etdirir.
Son xəbərlər
Son Xəbərlər