Mingəçevir şəhərində evdə kişi meyiti tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə şəhərin Müşfiq Rəhimov küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Əli Kərimov yaşadığı evdə ölü halda aşkar edilib.
Məlumata görə, Əli Kərimov vaxtilə şəhərdə yerləşən 18 saylı məktəbdə 30 ilə yaxın idman müəllimi kimi fəaliyyət göstərib.
Onun qəfil ölümünün səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər