SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına hücum etdi

sepah-yaxin-serqdeki-abs-bazalarina-hucum-etdi
Oxunma sayı: 731

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına qarşı genişmiqyaslı raket və dron hücumları həyata keçirib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, SEPAH Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən iki mühüm hərbi obyektİ hədəfə alıb.

“BƏƏ-dəki “Əl-Dəfra” və Bəhreyndəki “Əl-Cufayr” bazalarında Amerika hərbi qulluqçularının cəmləşdiyi nöqtələr raketlər və hücum dronları ilə uğurla vurulub”, – deyə SEPAH-ın bəyanatında bildirilib.

Xatırladaq ki, BƏƏ Müdafiə Nazirliyi bu gün səhər saatlarından etibarən ölkə səmasında 8 ballistik raket və 26 dronun zərərsizləşdirildiyini təsdiqləyib. Daha 9 dronun ölkə ərazisinə, bir raketin isə dənizə düşdüyü qeyd olunub.