Bu ərazilərdə işıq olmayacaq

bu-erazilerde-isiq-olmayacaq
Oxunma sayı: 627

Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, martın 11-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.